Azərbaycana fotoqraf Aydın Oqtayoğlu baxışı - FOTOLAR

20
Yan
16:52
thumb_down 0
451

Bu gün haqqında söhbət açacağımız insan bir zamanlar AZƏRTAC-ın Fotoinformasiya baş redaksiyasının baş redaktoru olan və ümummilli lider Heydər Əliyevin, son illərdə isə Prezident İlham Əliyevin çoxsaylı xarici və ölkədaxili səfərlərində fotomüxbir olan Oqtay Aydın oğlu Məmmədovun oğlu Aydın Oqtayoğludur. Əlli səkkiz yaşında atasını itirən fotoqrafımız bu gün foto aləmində xariqələr yaradır. Aydın Oqtayoğlu bu ad media aləminə çox yaxın addır.

Azərbaycanın bir çox rəsmi və sadə adamları günün bu günündə də bu insanın fotoapartının süzgəcindən keçib və hələ də keçməkdə davam edir. Artıq mətbuatda fotoqraf kimi sözünü deyən Aydın Oqtayoğlunun çəkdiyi hər bir fotoda insanın daxili xüsusiyyətlərini açıq-aydın görmək olar. Bu da bu şəxsin peşəkar fotoqraf olmağından xəbər verir.

Sədaqətli dost, gözəl ailə başçısı, insana dəyər verməyi bacaran Aydın Oqtayoğlunu atası kimi geniş nüfusa sahib olduğunu görmək olur.Fotoqrafımız bu gün Azərbaycanda baş verən ən gərgin, ən mühüm hadisələrin təkcə canlı şahidi olmaqla kifayətlənmir, həmdə tarixin yaddaşına köçürməyi özünə mənəvi borc bilir.Hazırda öndə olan bir çox informasiya agentlikləri Aydın Oqtayoğlun çəkdiyi fotolardan bəhrələnərək, istifadə etməkdə davam edirlər.

Məhşur fotoqraf Oqtay Aydın oğlu Məmmədovun ailəsində böyüyən Aydın Oqtayoğlu atasından öyrənib,bəhrələndiyi sənətin sirlərini bu gün uğurlu şəkildə mətbuatda tətbiq etməyə çalışır.Ümid edirik ki, atası kimi özüdə fotoqraf dünyasına öz layiqli imzasını qoyacaq.