Bakının ən təhlükəli küçə və prospektləri - SİYAHI

22
Yan
10:20
thumb_down 0
17

Ötən il Bakı üzrə qəzaların böyük hissəsi Ziya Bünyadov, Qara Qarayev prospektlərində və Məhəmməd Hadi küçəsində qeydə alınıb.

Bu barədə ekskluziv.az-ın sorğusuna cavab olaraq, Bakı Şəhər Dövlət Yol Polisi İdarəsinin şöbə rəisi, polis polkovniki Vaqif Əsədov məlumat verib.

V.Əsədovun sözlərinə görə, qəzaların əksəriyyəti günün qaranlıq saatlarında baş verib:

“Hadisələrin təhlili göstərir ki, günün saatlarına görə, 13:00-dan 18:00-a, 20:00-dan 00:00-a qədər daha çox yol-nəqliyyat hadisəsi baş verir. Bu saatlarda Bakı şəhəri üzrə 235 yol-nəqliyyat hadisəsi qeydə alınıb. Nəticədə 92 nəfər ölüb, 190 nəfər isə xasarət alıb. Bu isə ümumi hadisələrin 51,1 faizini, həlak olanların 54,4%-ni, xəsarət alanların isə 49,1%-ni təşkil edib”.

Ötən il Bakı şəhərində prospekt və küçələr üzrə qeydə alınan qəzaların statistikası:

- Ziya Bünyadov (19 hadisə, 6 ölüm,18 xəsarət);

- Qara Qarayev (10 hadisə, 2 ölüm, 10 xəsarət);

- Babək prospekti (10 hadisə,1 ölüm, 9 xəsarət);

- Neftçilər prospekti (9 hadisə, 3 ölüm, 16 xəsarət);

- Nobel prospekti (7 hadisə, 6 ölüm, 5 xəsarət);

- Gəncə prospekti (5 hadisə, 3 ölüm, 3 xəsarət);

- Lökbatan-Xocahəsən yolu (11 hadisə, 8 ölüm, 9 xəsarət);

- Məhəmməd Hadi küçəsi (14 hadisə, 2 ölüm, 12 xasərət);

- Ağa Neymətulla (9 hadisə, 1 ölüm, 8 xəsarət);

- R. Rüstəmov küçəsi (7 hadisə, 4 ölüm, 8 xəsarət);

- Fətəli Xan Xoyski (7 hadisə, 1 ölüm, 6 xəsarət);

- Koroğlu Rəhimov (6 hadisə, 1 ölüm, 6 xəsarət);

- B. Çobanzabə (4 hadisə, 1 ölüm, 5 xəsarət);

- Həsən Əliyev küçəsi (4 hadisə, 4 xəsarət ).

Nəticədə bu küçələrdə 161 fakt qeydə alınıb ki, bu hadisələr zamanı 56 nəfər ölüb, 146 nəfər xəsarət alıb. Bu isə ümumi hadisələrin 35 %-ni, ölənlərin 33,1 %-ni,  yaralananların isə 37,7 %-ni təşkil edir”.

Könül Cəfərli