XİN rəsmisi: “Fərman İsmayılovun nəşi Baş Prokurorluğa təhvil veriləcək” - YENİLƏNİB + VİDEO

27
Yan
11:40
thumb_down 0
22

Xarici İşlər Nazirliyinin mətbuat katibi Leyla Abdullayeva Nigeriya sahillərində piratlar tərəfindən öldürülən Fərman İsmayılovun nəşinin Azərbaycana gətirilməsi prosesindən danışıb. 

O bildirib ki, hadisə ilə bağlı Azərbaycan Xarici İşlər Nazirliyi Baş Prokurorluğa müraciət edib:

“Fərman İsmayılovun nəşi Baş Prokurorluğa təhvil veriləcək. İlkin olaraq meyitə məhkəmə-tibb eksperti tərəfindən baxış keçiriləcək. Ondan sonra mərhumun nəşi ailəsinə təhvil veriləcək”. 

11:26

Nigeriya yaxınlığında hücuma məruz qalan “Mozart” gəmisinin heyət üzvlərindən biri olan və piratlar tərəfindən öldürülən Azərbaycan vətəndaşı Fərman İsmayılovun nəşi Bakıya gətirilib.

Azərbaycan Respublikası Xarici İşlər Nazirliyinin mətbuat katibi Leyla Abdullayeva məsələ ilə bağlı jurnalistlərin suallarını cavablandırıb.

Ətraflı Baku TV-nin videosunu təqdim edirik: