Müəllimlərin dərs yükü necə bölünəcək? - AÇIQLAMA

27
Yan
12:40
thumb_down 0
20

“Fevralın 1-dən ənənəvi tədrisin bərpası zamanı siniflərin yarımqruplara bölünməsi müəllimlərin dərs yükünü artırmayacaq”.

ekskluziv.az-ın məlumatına görə, bunu Təhsil Nazirliyinin təhsildə məzmun, tədris və qiymətləndirmə şöbəsinin müdiri Vəfa Yaqublu bildirib. 

Onun sözlərinə görə, müəllimin dərs yükü iki yarım qrup arasında bölünəcək:

“Qalan dərs saatları teledərslərlə kompensasiya ediləcək. “Dərs vaxtı” proqramının cədvəlinin hazırkı vəziyyətdəki kimi qalması tövsiyə olunur”.

İlhamə Əbülfət