Ailə Planlanması Məsləhətxanası hazırda hansı xidmətləri göstərir?

27
Yan
13:20
thumb_down 0
21

Ailə Planlanması Məsləhətxanası reproduktiv sağlamlıq məsələləri ilə bağlı məsləhətxanada bir neçə istiqamətdə iş aparır. Bu barədə Səhiyyə Nazirliyi Respublika Ailə Planlanması Məsləhətxanasının (APM) baş həkimi Sitarə Haqverdiyeva qurumun fəaliyyəti və göstərilən xidmətlər barədə məlumat verərkən deyib. O bildirib ki, müalicə üsulları Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin klinik protokollarına uyğun aparılır:

“Məsləhətxanada aparılan işlərin istiqaməti:

- qadın və kişi sonsuzluğunun diaqnostikası və müalicəsi;

- reproduktiv funksiyanın bərqərar olması zamanı pozulmalar olan yeniyetmələrə tibbi, psixoloji yardım (cinsi inkişafın ləngiməsi, erkən cinsi yetişkənlik, piylənmə, qalxanvari vəzin xəstəlikləri, hiperandrogenemiya, hipotalamik sindrom, şəkərli diabet və s.);

- hormonal disfunksiyaların müalicəsi;

- endokrinopatiyalı qadınların hamiləliyə hazırlanması;

- endokrinopatiyalardan əziyyət çəkən fertil yaşlı qadınlarda ailə planlanmasına, kontrasepsiyaya, arzuolunmaz hamiləliklərin qarşısının alınmasına dair konsultativ yardım;

- əhalinin müasir kontrasepsiya üsulları, abortların zərəri, cinsi yolla ötürülən xəstəliklərin təhlükəsi barədə məlumatlandırılması;

- 40 yaşdan sonra qadınların sağlamlığı (pre- və postmenopauzal dövr, ovarioektomiyadan sonrakı vəziyyət)

- androloqun konsultasiyası;

- irsi və genetik xəstəliklərin aşkarlanması və diaqnostikası

- perspektiv və retrospektiv genetik konsultasiya;

- psixoloji dəstəyə ehtiyacı olan qadın, kişi və yeniyetmələrə psixoloqun konsultasiyası;

- əhali arasında müasir kontrasepsiya üsullarının tətbiqi;

- süd vəzilərinin patologiyasının aşkarlanması;

- köməkçi diaqnostik vasitələrin- laborator, ultrasəs və xüsusiləşdirilmiş vasitələrdən istifadə (məs. kolposkop).

Məsləhətxanada yüksək ixtisaslı, müxtəlif profilli həkimlər çalışır. Mütəxəssislərimiz daim öz ixtisaslarını artırmaq üçün ölkəmizdə və xaricdə müxtəlif seminar, konfrans, qurultay və b. ixtisasartırma proqramlarında iştirak edirlər, müasir yanaşma üsullarını öyrənirlər.

Karantin rejimi ilə bağlı toy qadağalarından sonra fəaliyyət sahəsində dəyişikliklərin olub-olmaması ilə bağlı suala isə Sitarə Haqverdiyeva belə cavab verib:

“Bizim işimiz əhalinin sağlamlığı ilə bağlı olduğuna görə, digər tibb müəssisələri kimi, biz də fəaliyyətimizi bütün pandemiya dövründə karantin qaydalarına ciddi riayət etməklə davam etdirik”.