“AstraZeneca” vaksini istehsal planından geridə qalıb

27
Yan
14:40
thumb_down 0
19

“AstraZeneca”nın rəhbəri Paskal Sorio Britaniya-İsveç şirkətinin koronavirusa qarşı peyvənd istehsalında geridə qaldığını bildirib.

Bu barədə “Le Soir” qəzeti xəbər yayır.

O, dərmanın tədarükündə baş verən fasilələrə bunun səbəb olduğunu deyib:

“Hələ də Avropada Niderland və Belçikadakı fabriklərdə istehsal olunan əsas peyvənd komponentinin istehsalı ilə bağlı problemlərimiz qalır”.

Onun sözlərinə görə, rəhbərlik nasazlıqların səbəbini artıq müəyyənləşdirib. Bununla yanaşı, iki aylıq istehsal gecikməsi var.