Goranboyda kənd ərazisindən silah-sursat tapılıb - FOTO

27
Yan
17:40
thumb_down 0
20

Goranboy rayonunda silah-sursat tapılıb.

Daxili İşlər Nazirliyinin Mətbuat Xidmətinin Gəncə regional qrupundan verilən məlumata görə, Xocalı Rayon Polis Şöbəsinə (RPŞ) Goranboy rayonu Yenikənd kəndi ərazisində silah-sursat olması barədə məlumat daxil olub.

Dərhal RPŞ-nın əməkdaşları hadisə yerinə gələrək müvafiq tədbirlər həyata keçirliblər.

Araşdırmalar zamanı oradan bir ədəd  “Muxa” markalı  RPQ-18 qumbaraatan, bir ədəd 60 mm-lik minaatan mərmisi, iki ədəd alıştırıcısı üzərində olan, bir ədəd alıştırıcısız “F-1”, bir ədəd “PRO”, bir ədəd “RPN” əl qumbaraları, ümumilikdə 1 632 ədəd müxtəlif kalibrli patron, dörd ədəd müxtəlif silahlara məxsus avtomat darağı və sandıqlar aşkar edilərək götürülüb.

Faktla bağlı araşdırmalar davam etdirilir.