Bakıda bıçaqlanma hadisəsi baş verib.
Ekskluziv.az-ın report-a istinadən məlumatına görə, hadisə Nizami rayonunda qeydə alınıb.
Belə ki, 1976-cı il təvəllüdlü Ağayev Mehman Əliabbas oğlu naməlum şəxs tərəfindən bıçaqlanıb.
Yaralı təcili tibbi yardım briqadasının köməkliyi ilə xəstəxanaya çatdırılıb. Ona sol döş qəfəsinin kəsilmiş-deşilməsi yarası diaqnozu qoyulub.