Bakıda ikimərtəbəli bina yandı, dörd nəfər xilas edildi

1
Mar
23:40
thumb_down 0
17

Bakı şəhərinin Sabunçu rayonunda ümumi sahəsi 460 m² olan ikimərtəbəli mansarda tipli evin zirzəmisində bir ədəd kondisioner, bir ədəd televizor və üç ədəd xalça yanıb. 

Bu barədə Fövqəladə Hallar Nazirliyi məlumat yayıb.

Bildirilib ki, yüksək temperaturdan divar 5 m² sahədə qarsalanıb və iki ədəd elektrik sobası əriyib. 

Yanğın zamanı yanğınsöndürənlər tərəfindən dörd nəfər xilas olunub.

Evin qalan hissəsi yanğından mühafizə olunub.

Yanğın yanğından mühafizə bölmələri tərəfindən söndürülüb.