Bu gün Od çərşənbəsidir

2
Mar
00:21
thumb_down 0
78
Bu gün Azərbaycanda Od çərşənbəsi qeyd olunur.

Ekskluziv.az bildirir ki, Od çərşənbəsi Novruz bayramı ərəfəsində keçirilən ikinci çərşənbədir.

Bu çərşənbə qədim insanların günəşə, oda olan müqəddəs inamından irəli gəlir. Su çərşənbəsindən fərqli olaraq Od çərşənbəsində qazanlar qaynamalı, ocağın üstü boş olmamalıdır:

Ailənin büdcəsinə uyğun olaraq təamlardan süfrəyə düzülür. Süfrəyə mütləq şəkildə səməni qoyulmalıdır. Bu çərşənbədə həyətdə tonqal qalanmalıdır. Elə bölgələr var ki, orada həmin ərəfədə yas düşərsə, hörmət əlaməti olaraq tonqal qalanmır.