Oyun konsolu vasitəsilə kriptovalyuta hasil etmək mümkündür

2
Mar
05:40
thumb_down 0
22

“Sony PlayStation 5” oyun konsolu vasitəsilə artıq kriptovalyuta mayninqi etmək mümkündür.

“Mydrivers” resursunun məlumatına görə, aparat vasitəsilə mayninq etməyi ilk olaraq çinli mütəxəssislər öyrəniblər.

Onlar “PlayStation”nın mühafizə sistemini yararaq, onun köməyi ilə “Etherium” hasil ediblər. 

Ekspertlərin fikrincə, oyun konsolundan qeyri-standart üsulla istifadə edilməsi ona olan tələbatı daha da artıracaq ki, bu da onsuz da bütün arzuedənlərə yetməyən cihazın daha çətinliklə tapılması ilə nəticələnəcək.