Saatlıda çətənə yetişdirən şəxs saxlanıldı

17
Apr
13:20
thumb_down 0
13

Saatlı Rayon Polis Şöbəsinin əməkdaşları narkotik tərkibli bitkilərin qanunsuz kultivasiyasına qarşı əməliyyat tədbiri həyata keçirib.

Daxili İşlər Nazirliyinin Mətbuat Xidmətinin Bərdə regional qrupundan verilən məlumata görə, daxil olmuş məlumat əsasında polis əməkdaşları tərəfindən keçirilən əməliyyat-axtarış tədbirləri nəticəsində narkotik tərkibli bitkilərin kultivasiyası ilə məşğul olmaqda şübhəli bilinən, əvvəllər məhkum olunmuş rayonun Qara Nuru kənd sakini Tarverdi Salayev saxlanılıb. Onun yaşadığı evin həyətinə baxış zamanı qanunsuz olaraq əkib yetişdirdiyi 26 ədəd çətənə bitkisinin şitilləri aşkar edilərək götürülüb. 

Faktla bağlı Saatlı RPŞ-də araşdırmalar davam etdirilir.