Kadırov: “Həbib Nurməhəmmədov UFC-nin layihəsidir”

13
May
12:00
thumb_down 0
32

Çeçenistan rəhbəri Ramzan Kadırov keçmiş UFC çempionu Həbib Nurməhəmmədov barədə danışıb.

“Instagram” hesabında canlı yayım zamanı Kadırov idmançını UFC-nin layihəsi adlandırıb.

“Əgər kimsə hətta döyüşü buraxırsa, dərhal reytinqdən çıxarılır, onu isə heç vaxt kənarlaşdırmadılar. O, hətta özü də UFC-nin layihəsi olduğunu bilmir. Əgər o layihə deyilsə, o zaman mən heç vaxt görməmişəm ki, bizim qardaşımız Həbib Rusiya və Dağıstan bayrağı altında çıxış etsin. Buna görə də, o nəyə getdiyini dəqiq bilərək çempion oldu. Səhv buraxmadan çempion oldu”, - deyə R.Kadırov bildirib.