“Barselona” Aquero və Depayla razılaşıb

13
May
23:20
thumb_down 0
42

“Barselona” “Mançester Siti”nin hücumçusu Serxio Aquero ilə ilkin razılıq əldə edib.

Bu barədə “Diario Sport” məlumat yayıb.

Məlumata görə, iyunun 1-də onunla iki illik müqavilə imzalanacaq.

Kuman Memfis Depayın transferinə əngəl törətməyəcəyi şərtilə argentinalı futbolçunun alınmasına razı olub.

“Marca” nəşrinin iddiasına görə, artıq “Lion”un niderlandlı hücumçusu ilə də razılıq əldə olunub. O, məvacibinin azaldılması şərtini qəbul edib. Lakin məlumatda bildirilib ki, Kumanın klubu tərk edəcəyi təqdirdə, bu transferin reallaşması şübhə altına düşəcək.