Kim Çen In yenə təəccübləndirdi: Peyvənd və dərman yasaqlandı

21
May
17:40
thumb_down 0
172

KXDR lideri Kim Çen In paytaxt Pxenyandakı xəstəxanalarda Çin tərəfindən istehsal edilən dərmanların və yeni tip koronavirusa qarşı peyvəndlərin istifadəsini yasaqlayıb. Qərar Şimali Koreyada yüksək vəzifəli şəxsin Çin istehsalı olan dərmanı istifadə edərək ölməsindən sonra verilib.

Bu barədə “Haber Global” xəbər yayıb.

Qeyd edək ki, Pxenyan hökuməti Ümumdünya Səhiyyə Təşkilatına göndərdiyi son hesabatında ölkəsində koronavirusa yoluxanın olmadığını bildirmişdi. Məlumata görə, pandemya başlayan gündən cari ilin aprelin 1-nə kimi 23 121 nəfər testdən keçib və bütün nəticələr neqativ olub.

KXDR lideri Kim Çen Inın koronavirusa qarşı tədbir kimi ölkəsinin Çin ilə olan sərhəddinə 1 km-dən yaxın gələni vurma əmrini verdiyi də bildirilir.