Əlil uşağı dəcəllik etdiyi bəhanəsiylə itlərin qabağına atdı – VİDEO

28
May
07:00
thumb_down 0
45

Əlil uşağın dəcəllik etməsi bəhanəsi ilə itlərin qabağına atılması ilə bağlı görüntü sosial şəbəkələrdə böyük müzakirələrə səbəb olub.

“Haber Global”ın məlumatına görə, hadisə Türkiyənin Kastamonu şəhərində qeydə alınıb.

Məlumata görə, anası Nazlı Gedik qonşuları ilə söhbət etdiyi zaman başqa bir qonşu, uşağı dəcəllik etdiyi bəhanəsi ilə it damına atıb. Burada uşaq itlərin hücumuna məruz qalıb və yaralanıb.

Hadisədən xəbər tutan ana dərhal uşağı xəstəxanaya aparıb, sonra isə baş verənlərlə əlaqədar polisə müraciət edib.

Qadının sözlərinə görə, oğlu Ərəfat 90 faiz əlildir.

“O, uşağımı “məni narahat edirsən, gözümün qabağından çəkil”, - deyərək sürüyüb it damına atdı. Uşaq ordan çıxmaq istəyəndə isə qoymayıb. Sonra oğlumu orada atıb gedib. Ərəfat özbaşına oradan çıxmaq istəyəndə isə itlərin hücumuna məruz qalıb. Şikayətçiyəm. Ədalətə inanıram”, - deyə qadın olanlar barədə danışıb.

Baş verənlərdən sonra məhlə sakinləri uşağı it damına atan şəxsin evinə hücum çəkiblər. Hüquq mühafizəçiləri onları zorla sakitləşdirə bilib.

Hadisə ilə əlaqədar yoxlamalara başlanılıb.