Milyonlarla təkərin olduğu yer hər kəsi heyrətləndirdi - VİDEO

29
May
05:40
thumb_down 0
70

Rusiyada milyonlarla avtomobil təkərinin olduğu qanunsuz zibilxana aşkarlanıb.

“RİA Novosti”nin məlumatına görə, bu barədə kadrları eko-aktivist Aleksey Dubrovski özünün “Instagram” hesabında paylaşıb.

O, təkərlərin bir hissəsinin yaxınlıqdakı su hövzəsinə düşdüyünü bildirib.

Zibilliyin özü Nijnevartovskdan 150 metr məsafədə yerləşir.

Yuqra rəhbərliyi artıq kadrlara reaksiya verib. Hökumət nümayəndələri avtomobil təkərlərinin istilik yağı və metal halına gətirilməsi barədə qərara gəliblər. Ancaq bunun üçün 5 il vaxt lazımdır.