Vətən müharibəsi şəhidinin adına bulaq istifadəyə verildi - Fotolar

 
 
 
 
 
">
30
May
19:26
thumb_down 0
133

Xəzər rayonu Albalılıq qəsəbəsində vətən müharibəsi şəhidinin xatirəsi əbədləşdirilib.

Correct.az xəbər verir ki, dünən sözügedən massivdə 19 yaşlı şəhidi İsmayılzadə Vüsal Əlibəndə oğluna həsr edilmiş bulağın açılış mərasimi keçirilib. Xocavənd uğrunda gedən döyüşlərdə şəhid olan 19 yaşlı Vüsal İsmayılzadənin dostları, ailəsi və qohumları onu bugündə qürurla anıblar. Açılış mərasimində çıxış edənlər şəhidimizin şücaəti və keçdiyi döyüş yolundan danışıblar.


Qeyd edək ki, bulaq məhəllə sakinləri tərəfindən salınıb.