Qattuzo 23 gündən sonra “Fiorentina” ilə yollarını ayırdı - FOTO

18
İyn
07:00
thumb_down 0
25

İtaliyalı futbol mütəxəssisi Cennaro Qattuzo “Fiorentina” klubundan ayrılıb.

“Fiorentina”nın rəsmi “Twitter” səhifəsindən dərc olunan məlumatda qeyd olunur ki, tərəflər müqaviləni qarşılıqlı razılaşma ilə ləğv etmək qərarına gəliblər.

Klub artıq yeni baş məşqçi tapmaq üçün fəaliyyətə başlayıb.

Mətbuatda yayılan xəbərlərdə 43 yaşlı mütəxəssisin transfer siyasəti ilə bağlı klub rəhbərliyi ilə fikir ayrılıqları yaşadığı vurğulanır.

Qeyd edək ki, C. Qattuzo “Fiorentina” ilə 25 May 2021-ci ildə rəsmi müqaviləyə imza atmışdı.