Eriksenin ürəyinə xüsusi aparat qoyulacaq

18
İyn
08:00
thumb_down 0
22

Avropa çempionatının B qrupunun Finlandiya ilə oyununda huşunu itirərən Danimarka millisinin futbolçusu Kristian Eriksenə implant kardioverter-defibrilyator yerləşdiriləcək.

TASS agentliyi xəbər verir ki, bu barədə Danimarka milli komandasının mətbuat xidməti məlumat yayıb.

Qeyd edək ki, İKD həyati təhlükəsi olan aritmiyaların aradan qaldırılması və ürək dayanmasının qarşısını almaq üçün hazırlanmış cihazdır.

“Eriksen bir neçə tibbi müayinə keçdikdən sonra qərara alınıb ki, futbolçu üçün implant kardioverter defibrilyator zəruridir. Kristian beynəlxalq səviyyəli mütəxəssislərin məsləhət gördüyü bu addıma razılaşıb. Biz hamını Kristian və ailəsini yaxın müddətdə narahat etməməyə çağırırıq”, - milli komandanın mətbuat xidmətinin açıqlamasında qeyd olunur.