Şimali Koreya 16 illik fasilədən sonra ilk dəfə ianə edib

18
İyn
09:20
thumb_down 0
30

Şimali Koreya BMT-nin Myanmaya humanitar yardım təşəbbüsünə 300 milyon dollar ianə ayırıb.

Bu barədə “The Korea Times” məlumat yayıb.

Bildirilib ki, bu, 2005-ci ildən bəri rəsmi Pxenyan tərəfindən xarici ölkə üçün ayrılmış ilk ianədir. Belə ki, iki ölkə arasında yaxşı münasibətlər mövcuddur.

Qeyd edək ki, Şimali Koreya dünyanın ən yoxsul ölkələrindən biri olduğuna görə nadir hallarda xarici dövlətlər üçün maliyyə yardımı ayırır.

İyunun 16-da dövlət rəhbəri Kim Çen In ölkədə mümkün aclıq təhlükəsi barədə xəbərdarlıq edib.