Çoxuçaqlı ana vaksin vurduranlar üçün lotereyada milyon dollar qazandı - FOTO

9
İyl
07:00
thumb_down 0
32

ABŞ-da çoxuşaqlı ana Haydi Rassel vaksin olunanlar üçün lotereyada 1 milyon dollar (1 700 000 manat) qazanıb.

Bu barədə “Associated Press” xəbər verir.

Evdar qadın bu məbləği dörd uşağının böyüməsinə və onların təhsilinə sərf edəcəyini açıqlayıb.

Ümumilikdə, Koloradoda hər biri milyon dollarlıq beş mükafat verilib.

Bundan əlavə, yerli hakimiyyət orqanları 12-17 yaşlı peyvənd vurduranlar üçün təhsil almaq üçün hər biri 50.000 ABŞ dolları məbləğində beş qrant ayırıb.