Pandalar yox olmaqdan qurtuldu

11
İyl
07:00
thumb_down 0
33

Çində nəhəng pandalar artıq nəsli kəsilməkdə olan heyvanlar sinfində deyil.

Bu barədə “Global Times” xəbər yayıb.

Bildirilir ki, artıq bu heyvanların populyasiyası artdığı üçün onların statusu “nəsli kəsilməkdə olan”dan “həssas” səviyyəyə endirilib.

Hazırda pandaların sayı 1,8 mindir.

Dünya Vəhşi Təbiət Fonduna (WWF) görə nəhəng pandalar ayı ailəsinin ən nadir nümayəndələridir. 1961-ci ildən bəri bu heyvan WWF simvolu olmuşdur. Pandalar Mərkəzi Çində dağ bambuk meşələrində yaşayır və yetkin bir heyvan gündə 12 ilə 38 kiloqram bambuk yeyir. Ətraf mühitin məhv olması, meşələrin qırılması və brakonyerlik səbəbindən onların populyasiyası yox olma səviyyəsinə çatmışdı.