Braziliyada koronavirus qurbanlarının xatirəsinə abidə ucaldıldı - FOTO

22
Sen
04:20
thumb_down 0
64

 

Braziliyada koronavirus qurbanlarının dəfn olunduğu qəbiristanlıqda virusdan vəfat etmiş şəxslərin xatirəsinə abidə ucaldılıb.

“Otr-online” xəbər verir ki, 39 metr uzunluqda metal lentdən hazırlanan abidədə COVID-19 virusundan dəfn olunan insanların adları həkk olunub.

Abidə braziliyalı memar Kris Santos tərəfindən hazırlanıb.

Xatırladaq ki, Braziliya koronavirusdan ən çox zərər çəkmiş ölkələr siyahısında üçüncüdür.  

Bu Cənubi Amerika ölkəsində 4 544 629 insanın koronavirusa yoluxduğu aşkar edilib. 136 895 xəstə pandemiyanın qurbanı olub.