Deputat: “Məşq zalları açılmasa, bəzi idmançıları itirə bilərik”

22
Sen
15:00
thumb_down 0
82

 

“Güləş, cüdo, sambodan olan idmançıları bir müddətdən sonra itirə bilərik”.

“Qafqazinfo” xəbər verir ki, bunu deputat Müşfiq Cəfərov Milli Məclisin Gənclər və idman komitəsinin bu gün keçirilən iclasında idman zallarının bağlı qalması məsələsindən danışarkən deyib.  

O qeyd edib ki, ola bilsin, pandemiya dövründə iki nəfərin döşək üstündə güləşməsi qapalı məkanda problem yarada bilər:

“Ancaq bundan çıxış yolu var.  Bunun üçün xüsusi maketlər var. Onlardan bir neçəsini alıb idman zallarına qoya bilərik. Bunu operativ qərargaha təklif kimi verə bilərik. Belə olarsa, idmançılar öz formasını itirməyə bilər”