İlham Zəkiyev İstanbulda əməliyyat olundu - YENİLƏNİB + FOTO

24
Sen
15:00
thumb_down 0
266

 

Cüdo üzrə ikiqat Paralimpiya çempionu İlham Zəkiyev Türkiyədə əməliyyat olunmasından danışıb.

O, ekskluziv.az-a açıqlamasında əməliyyatın necə keçdiyini bildirib:

“Sağ dirsəyimdə zədə vardı. Həm də sümük qırıntıları vardı ki, onlar təmizlənməliydi. Sümük çıxıntıları isə düzəldilməliydi. Bir sözlə, deyildi ki, əməliyyat olunmalıyam. Əməliyyatım dünən baş tutdu. İstanbulun Memorial xəstəxanasında əməliyyat olundum. Əməliyyat bir az ağır keçdi. Ancaq əsas məsələ nəticə yaxşıdır. Ayyarımdan sonra məşqləri yavaş-yavaş bərpa edə bilərəm”.

14:35

Cüdo üzrə ikiqat Paralimpiya çempionu İlham Zəkiyev əməliyyat olunub.

Dirsəyində zədəsi olan idmançının əməliyyatı Türkiyənin İstanbul şəhərində baş tutub.

İdmançı sosial şəbəkədə artıq sağalmaq üzrə olduğunu bildirib.

Qeyd edək ki, qapalı zallar açılacağı halda noyabrda Bakıda paracüdo üzrə Qran-Pri yarışı keçirilməlidir.

Səbuhi Musayev