Türkiyədə koronavirusa yoluxmada rekord qeydə alındı - FOTO

21
Noy
21:20
thumb_down 0
6

Türkiyədə ötən sutka ərzində 5 532 nəfər COVID-19 virusuna yoluxub ki, bu da rekord sayılır.

Faktı ölkənin Səhiyyə Nazirliyi açıqlayıb.

Məlumatda bildirilir ki, gün ərzində 135 nəfər COVID-19-dan vəfat edib.

Bununla da Türkiyədə ümumilikdə 440 805 nəfərin koronavirus infeksiyasına yoluxması faktı müəyyən edilib, onlardan 370 825 nəfər müalicə olunaraq sağalıb, 12 219 nəfər isə vəfat edib.