Qaradağda qəza nəticəsində qadın vəfat etdi, həyat yoldaşı xəstəxanalıq oldu

22
Noy
00:20
thumb_down 0
7

Bakıda ölümlə nəticələnən yol-nəqliyyat hadisəsi baş verib.

“Report”un məlumatına görə, hadisə Qaradağ rayonu, Səngəçal qəsəbəsində qeydə alınıb.

İki avtomobilin toqquşması nəticəsində 1947-ci il təvəllüdlü Qurbanov Yəhya Məmməd oğlu ağır bədən xəsarətləri alıb, onun həyat yoldaşı isə hadisə yerində vəfat edib.

Y.Qurbanov təcili yardımın köməkliyi ilə xəstəxanaya çatdırılıb, müayinə zamanı ona açıq kəllə-beyin travması diaqnozu qoyulub.

Hadisənin təfərrüatı araşdırılır.