Şəhid polkovnik Babək Səmidli dəfn olunub - FOTO

24
Noy
14:00
thumb_down 0
23

Polkovnik Babək Səmidli dəfn olunub.

APA-nın məlumatına görə, B.Səmidli doğulduğu Göyçay şəhərinin Şəhidlər xiyabanında torpağa tapşırılıb.

Dəfn mərasimində şəhidin yaxınları, hərbçilər, rayon ictimaiyyətinin nümayəndələri, şəhər sakinləri iştirak ediblər.

Mərasimdə çıxış edənlər - Müdafiə Nazirliyinin nümayəndələri, döyüş yoldaşları B.Səmidlinin şücaətindən, qəhrəmanlığından, döyüş yolundan danışıblar.

Sonda korpus komandiri, general-mayor Hikmət Həsənov B.Səmidlinin tabutu bükülmüş bayrağı onun oğlanlarına verib.

Korpus komandirinin müavini, polkovnik Səmidli Babək Mətləb oğlu dünən Suqovuşan qəsəbəsi ərazisində minaya düşərək şəhid olub.