Bakının məşhur bazarı köçürülür - FOTO

24
Noy
16:20
thumb_down 0
24

Bakının məşhur “Təzə bazar”ı köçürülür.

Trend-in əldə etdiyi məlumata görə, artıq bazarın köçürülməsinə başlanılıb. “Təzə bazar”ın köçürüldüyü ərazi isə Dəmir Yolu Vağzalının yaxınlığında yeni tikilmiş yaşayış binasının altında yerləşir.

“Təzə bazar”ın əvvəl yerləşdiyi ərazidə nə olacağı isə hələlik bəlli deyil.

Qeyd edək ki, 2000-ci ilədək dövlətin mülkiyyətində olan “Təzə Bazar” səhmləşmə yolu ilə özəlləşdirilib. Sonra səhmdar cəmiyyəti ləğv edilib və minoritarlar səhmlərini iri səhmdarlara satıb.